Emmi Mükafatı sahiblərini tapdı

23 Noyabr 2021 17:30

Ötən il koronavirus infeksiyası səbəbi ilə onlayn təşkil olunan Beynəlxalq Emmi Mükafatlandırma gecəsi dünən Nyu-Yorkda baş tutub.

Milli.Az Olay-a istinadən xəbər verir ki, mərasimin aparıcısı Nigeriya əsilli amerikalı aktrisa Ynonne Orji olub.

Tədbirdə "Ən yaxşı İncəsənət proqramı" mükafatını rejissor Qreqori Monronun çəkdiyi "Kubrick by Kubrick" qazanıb.

Bundan başqa "Ən yaxşı qadın aktyor" nominasiyası üzrə "Adult material" adlı serialda rol alan ingilis aktrisa Hayley Squires qalıb gəlib.

"Ən yaxşı kişi aktyor" mükafatına isə "Des" serialındakı qatil rolu ilə Devid Tennant layiq görülüb.

"Ən yaxşı komediya" nominasiyasında Fransanın Türkiyədə də çəkilən "Dix Pour Cent" (Menajerimi ara) serialı, dram kateqoriyasında İsrail  istehsalı  "Tehran" mükafat qazanıb.

"Ən yaxşı sənədli film" isə "Hope Frozen: A Quest to Live Twice" elan olunub.  Bu filmdə xərçəngdən əziyyət çəkən 3 yaşındakı uşaqlarının bədənini "kriyoniks" metodu ilə donduran cütlüyün hekayəsindən bəhs olunub.

Milli.Az