Ermənistan Türkiyə ilə münasibətləri tənzimləməyə hazırdır - Ermənistan XİN

23 Noyabr 2021 13:28

Ermənistan hökuməti Rusiya tərəfini Türkiyə ilə münasibətləri ilkin şərtlər olmadan tənzimləməyə hazır olduğu barədə məlumatlandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu TASS agentliyinə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.

Onun sözlərinə görə, Rusiya da bu prosesi dəstəkləməyə hazır olduğunu bildirib.

O əlavə edib ki, hazırda tərəflər arasında hər hansı bir danışıqlar aparılmır.

Milli.Az