Azərbaycanda xidmət sahələrində 400 mindən yuxarı hazır iş yerləri var - Səttar Möhbalıyev

23 Noyabr 2021 13:00

Azərbaycanda xidmət sahələrində 400 mindən yuxarı hazır iş yerləri var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu deputat Səttar Möhbalıyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bununla bağlı monitorinq keçirilib.

"Biz AHİK olaraq 3 il əvvəl apardığımız monitorinqə əsasən, Azərbaycanda xidmət sahələrində 400 mindən yuxarı hazır iş yerləri var", - deyə deputat bildirib.

O vurğulayıb ki, qanunvericiliyə əsasən, Azərbaycanda iş saatı 8 saatdır.

"Bunu iqtisadi qurumlar həmin yerlərdən tələb etməlidir ki, 2 növbəli iş sisteminə keçid etsinlər. Bu işsizliyin aradan qaldırılmasına, daxili miqrasiyanın azalmasına səbəb olacaq. Bəzi sahələrdə insanlar 16-17-18 saat işlədilir. Buna nəzarət artırılmalıdır", - deyə S.Mehbalıyev vurğulayıb.

Milli.Az