“Azərişıq”ın Laçında minaya düşən işçisinin vəziyyəti stabildir

23 Noyabr 2021 12:40

21.11.2021-ci il tarixində Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan "Azərişıq" ASC əməkdaşı Əbilov Mahir Ramiz oğlunun vəziyyəti hazırda stabildir.

Hadisədən dərhal sonar Mahir Əbilov "AzərişASCıq" ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətitirilib və əməliyyat olununb. Təssüf ki, yaralının bir ayağı topyuqdan amputasiya edilib.

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.

Erməni terroru dinc insanlara qarşı öz çirkin üzünü hər zaman göstərməkdədir. Bununla belə cəssur Azərişıq əməkdaşları müharibənin ilk günündən etibarən heç nədən qorxmayaraq hərbiçilərimizlə çiyin- çiyinə hər zaman öndə olmuşdur. Müharibədən sonar da quruculuq işlərində yenə də böyük şərəf hissi ilə öz fəaliyyətini davam etdirir.

Milli.Az