Tolqa Sarıtaş yeni seriala çəkilir - Tərəf müqabili bu aktrisa oldu - FOTO

24 Noyabr 2021 00:45

"Söz" serialı ilə Azərbaycanda da sevilən Türkiyənin tanınmış aktyoru Tolqa Sarıtaşın çəkiləcəyi yeni serialın adı açıqlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, "Bir gece ansızın" serialında baş rolda oynayacaq. Aktyorun tərəf müqabili isə "Son yaz" serialında çəkilən Hafsanur Sancaktutandır.

Xatırladaq ki, serial Türkiyənin "Show" telekanalında efirə gedəcək.

Milli.Az