Pişiyini qurtarmaq üçün qabırğalarını sındırdı

23 Noyabr 2021 12:10

Türkiyəli müğənni Halil Sezainin başına iş gəlib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, sənətçi evdə pişiyini ayaqlamamaq üçün etdiyi ani bir hərəkətlə yıxılıb və qabırğaları sınıb.

Tez-bazar xəstəxanaya aparılan sənətçinin vəziyyəti əvvəlcə yaxşı olmasa da, hazırda stabilləşib.

Milli.Az