Səməd Səmədovun xanımı efirə gəldi - NƏLƏR DEDİ? - VİDEO

23 Noyabr 2021 14:10

Mərhum Xalq artisti Səməd Səmədovun həyat yoldaşı İradə Qasımova "Təsir dairəsi" verilişində qonaq olub.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, məşhurun xanımı bildirib ki, bu il çox itkisi olub: 

"Birinci baldız, sonra bacım, ən yaxın dostum getdi. Səməd nöqtəni qoydu, məni lap yandırdı. Səməd getdi... Çox yaxın adamlarımı itirdim. Səmədlə 45 ildir biz bir yerdə idik. Bu ərəfədə atam, anam, qardaşım və bacım idi".

Qeyd edək ki, S.Səmədov iyulda koronovirusdan dünyasını dəyişib.
Milli.Az