Avstraliyanın "Politix" geyim brendi maraqlı layihəyə imza atıb.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, marka bığ tüklərindən kişi kostyumu hazırlayıb.
Kostyumun ərsəyə gəlməsi üçün il ərzində bərbərxanalardan tüklər toplanıb və onlara 20% pambıq və tül əlavə edilərək toxunub.
Qeyd edək ki, sözügedən layihə kişi xəstəliklərinə diqqət çəkmək məqsədiylə həyata keçirilib.
Milli.Az