Məşhur cütlüyün qalmaqallı evliliyi film olacaq

23 Noyabr 2021 10:58

Hollivud ulduzu Conni Depp və keçmiş həyat yoldaşı Ember Herdin həyatından sənədli film hazırlanacaq.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, qalamaqallı şəkildə boşanan cütlüyün evliliyi haqda çəkiləcək film iki bölümdən ibarət olacaq.

Ekran işində onların məhkəməyə təqdim etdiyi audio və video faktlardan da istifadə olunması planlaşdırılır.

Yayım tarixi açıqlanmayan sənədli film "Discovery+" kanalında nümayiş etdiriləcək.

Qeyd edək ki, Conni və Herd 2015-ci ildə ailə qurublar. Aktrisa 2016-cı ilin mayında Deppi məişət zorakılığında günahlandıraraq məhkəməyə boşanmaq üçün müraciət etmişdi. Boşanma prosesi səkkiz ay davam edib və Herd keçmiş ərindən 7 milyon dollar təzminat alıb.

Milli.Az