“İlin artistləri” açıqlandı - VİDEO

23 Noyabr 2021 13:16

Cənubi Koreya pop qrupu BTS "American Music Awards 2021" müsabiqəsində  "İlin artistləri" seçilib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, BTS bu kateqoriya üzrə mükafat alan ilk Asiya musiqiçiləridir.

"İlin artisti" adı uğrunda onlar Ariana Qrande, Dreyk, Oliviya Rodrigo, Taylor Svift və "The Weekend" ilə mübarizə aparıblar.

Bundan əvvəl "Time" jurnalı Cənubi Koreyalı qrupu "İlin artistləri" seçmişdi.

BTS bu il dünyanın ən uğurlu qrupu olub. Qrup ingilis dilində ilk mahnıları olan "Dynamite" hitinə görə "Grammy" mükafatına namizəd olub.

2013-cü ildə qurulan BTS K-pop üslubunda çıxış edir. Qrup yeddi musiqiçidən ibarətdir: RM (qrupun lideri), Çin, Syuqi, Cey-Houp, Çimin, Vi və Conquk.

Milli.Az