Bu ölkədə vaksin vurdurmayanlar rahat ölə bilməyəcəklər

23 Noyabr 2021 10:28

Almaniyada koronavirus xəstələri və ya COVID-19-a qarşı peyvənd vurdurmayanlar evtanaziya hüququndan istifadə edə bilməyəcək.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, mütəxəssislər bildirir ki, evtanaziya və ona hazırlıq məsuliyyət tələb edir, eyni zamanda insanın bu mərhələdə digər insanlarla ünsiyyəti mütləqdir.

Belə olan halda isə şüurlu sürətdə həyatla vidalaşmaq istəyən insanla təmasda olan şəxslər yoluxucu virusa tutula bilərlər.

Qeyd edək ki, bir çox dünya dövlətlərində qəti olaraq qadağan edilən evtanaziya Almaniya Niderland, İsveçrə, Danimarka və Belçika kimi dövlətlərin hüquq sistemlərində bəzi şərtlər altında qanuni akt kimi qəbul edilir.

Milli.Az