Bolqarıstanda avtobus qəzaya uğrayıb, 46 nəfər yanaraq ölüb

23 Noyabr 2021 08:24

Bolqarıstanın Struma şosesində Şimali Makedoniyadan gələn turistlərin olduğu avtobus qəzaya uğrayaraq yanıb.

Milli.Az "Report"a istinadən bildirir ki,  insident yerli vaxtla təxminən saat 03:00 (Bakı vaxtı ilə saat 04:00-da) radələrində baş verib. Qeyd edilir ki, hadisə yerində 45 nəfər, o cümlədən 12 uşaq həlak olub. Qəza zamanı avtobusda 52 nəfər olub.

NOVA telekanalı isə hadisə nəticəsində 46 nəfərin öldüyünü bildirib. Ölənlər arasında avtobusun sürücüsü də var. Qeyd edilir ki, qəza zamanı daha 7 nəfər xəsarət alıb. Onlardan 2-si qadın, 5-i kişidir. Yaralılar Sofiyadakı xəstəxanaya yerləşdirilib.

Hadisə yerində təhqiqat işləri davam edir.

Şimali Makedoniyanın Baş naziri Zoran Zaev qəza ilə bağlı başsağlığı verib.

Milli.Az