Bakıda gənc qızı avtomobil vurub

23 Noyabr 2021 08:42

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, yol qəzası Zığ şossesində baş verib.
2001-ci il təvəllüdlü İsmayılova Sevda İlham qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Milli.Az