Gəncədə gənc qadın dəm qazından zəhərlənib

23 Noyabr 2021 08:22

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

1990-cı il təvəllüdlü İsmayılova Lalə zəhərlənmə diaqonuzu ilə xəstəxanaya yerləşdirilib.

Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, 31 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Qeyd edək ki, 2 gün bundan əvvəl Gəncədə bir ailədən 7 nəfər dəm qazından zəhərlənmişdi.

Milli.Az