Bakıda qadın xəstəxanada ölüb

23 Noyabr 2021 08:12

Bakının Yasamal rayonunda bir həftə əvvəl baş vermiş yanğın zamanı xəsarət alan 83 yaşlı qadın xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1939-cu il təvəllüdlü Aliyyə İsayeva yerləşdirildiyi Yanıq Mərkəzində aldığı yanıq xəsarətlərindən bu gün dünyasını dəyişib.

Xatırladaq ki, noyabrın 16-da Yeni Yasamal yaşayış sahəsindəki çox mərtəbəli binada yanğın hadisəsi olub. A.İsayeva həmin hadisə zamanı xəsarət alıb.

Milli.Az