Bolqarıstanda qocalar evi yandı - 9 ölü

23 Noyabr 2021 09:00

Bolqarıstanın Varna şəhərində qocalar evində yanğın baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Dılqopol rayonunda qeydə alınan yanğında doqquz nəfər həyatını itirib.

Yanğın binanın damında başlayıb.

Qocalar evindəki digər 49 şəxsin vəziyyətinin yaxşı olduğu bildirilib.

Yanğından xilas edilən yaşlılar bir hotelə təxliyyə olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az