Qarabağdakı döyüşlər zamanı məhv edilən daha bir erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
Bu barədə "Sputnik Armeniya" məlumat yayıb. Meyit Füzuli rayonunda aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən əsgərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 698-ə çatıb.
Milli.Az