Belçikanın baş naziri özünü təcrid edib

23 Noyabr 2021 08:13

Belçikanın baş naziri Aleksandr De Kroo Fransanın baş naziri Jan Kastekslə təmasdan sonra özünü təcrid edib. Bundan əvvəl J.Kasteksin verdiyi testin nəticəsi pozitiv çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, A.De Kroo bu gün koronavirus ilə bağlı PCR testini verəcək, neqativ nəticəsi çıxana qədər baş nazir "karantində qalacaq".

Bildirilib ki, ötən gün keçirilən ikitərəfli təhlükəsizlik görüşündə iştirak edən Belçika hökumətinin daha dörd üzvü "PCR testi verəcəklər və testlərin nəticəsi neqativ çıxana qədər karantində qalacaqlar".

Milli.Az