Burkina-Faso: hücumda ən azı 19 nəfər ölüb

23 Noyabr 2021 07:55

Burkina-Fasonun Sanmatenqa vilayətində naməlum silahlı şəxslər tərəfindən azı 10 mülki şəxs və ölkənin daha 9 təhlükəsizlik qüvvəsinin əməkdaşı öldürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi ölkə hökumətinin mətbuat katibi Usseyni Tamburaya istinadən bildirib.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Milli.Az