"Barselona" futbolçusunun evi qarət edilib

23 Noyabr 2021 07:45

"Barselona"nın hücumçusu Ansu Fatinin valideynləri "Espanyol"la oyunu televizorda izləyərkən naməlum şəxslər evini qarət ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, oğurluq zamanı Fati "Kamp Nou" stadionunda olub və tribunadan komanda yoldaşlarının oyununu izləyib. Evin ikinci mərtəbəsinə girən şəxslər pul, saat və qızıl-zinət əşyalarını oğurlayıblar.

19 yaşlı futbolçunun yaxınları ikinci mərtəbədən səs-küy eşidib polisə müraciət etsələr də, qanun nümayəndələri gələn zaman cinayətkarlar evi tərk ediblər.

Milli.Az