Ermənistan mətbuatının yaydığı məlumat yalandır - Müdafiə Nazirliyi

22 Noyabr 2021 19:20

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbiçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir" - deyə, nazirlik qeyd edir.

Milli.Az