Bu görüşün keçiriləcəyi xəbərini eşitməkdən məmnun oldum - Erl Litsenberger

22 Noyabr 2021 16:52

Mən həm də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüşünün keçiriləcəyi xəbərini eşitməkdən məmnun oldum.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib.

"ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasının tərəfdarıdır. Biz bu addımı alqışlayırıq", - deyə səfir vurğulayıb.

Milli.Az