Buna görə Azərbaycana minnətdarıq - ABŞ-ın Azərbaycandakı səfiri

22 Noyabr 2021 16:54

Azərbaycan və ABŞ təhlükəsizliyin təmin olunması üzrə NATO missiyasının reallaşdırılmasında uğurla əməkdaşlıq edirik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib.

"Biz NATO missiyası çərçivəsində Əfqanıstanda iştiraka görə Azərbaycana minnətdarıq" - deyə, səfir vurğulayıb.

Milli.Az