Sinəsinin böyüklüyü başına bəla olub - FOTO

5 Dekabr 2021 10:24

İngiltərənin Bristol şəhərində 13 nömrə sinə ölçüsünə malik şəhər sakininin həyat hekayəsi hər kəsin marağına səbəb olub.

Milli.Az xəbər verir ki, onun həyat hekayəsini Daily Mirror dərc edib. 26 yaşlı trixoloq Şade Nyuberi döşlərinin altıncı sinifdə böyüməyə başladığını bildirib. Qızın dediyinə görə, o, ilk büstqalterini məhz o zaman alıb. Orta məktəbdə sinəsi beşinci ölçüyə, 17 yaşına isə doqquz ölçüyə çatıb. Prolemləri isə belədir ki, sinəsinin ağırlığı bel ağrısına səbəb olur. Bütün günü işdə ayaq üstü qala bilmədiyi səbbindən iş vaxtını azaldıb. Bu da maaşının azalmasına səbəb olub. 

"Uyğun ölçüdə büstqalter tapmaq çətindir və onlar universal büstqalterlərdən qat-qat bahadır. Onların hər biri mənə təxminən 42 funta başa gəlir və sinəmin ağırlığına görə, qısa ömürlüdür", - qız bildirib.

Anar Əli
Milli.Az