Qarabağdan dünyanın istənilən ölkəsinə bu məhsulların ixracı mümkün olacaq - Sədr

22 Noyabr 2021 16:00

İşğaldan azad olunmuş ərazilərdə həm bitki, həm də heyvan xəstəliklərindən azad zonaların yaradılması gündəmdədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözləərinə görə, görülən işlər ixrac potenaialını artırmağa imkan verəcək.

"Zonalar yaradıldıqdan sonra artıq beynəlxalq qeydiyyata da düşəcək və həmin ərazilərdən dünyanın istənilən ölkəsinə həm heyvan, həm də bitki mənşəli məhsullarının ixracı mümkün olacaq".

Milli.Az