Cavan Zeynallı mediadan gizlətdiyi qızından danışdı - VİDEO

22 Noyabr 2021 19:36

Xalq artisti Cavan Zeynallı ilk evliliyindən danışıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, "Space maqazin" proqramında qonaq olan cazmen ilk xanımından və qızından bəhs edib:

"Mən iki dəfə evlənmişəm. Birinci dəfə 1973-cü ildə Moskvada ailə həyatı qurmuşam. Bu evlilikdən mənim bir qızım dünyaya gəlib. Orada yaşaya bilmədim və onlardan ayrılmaq qərarına gəldim. İlk arvadımla Moskvada qastrolda olarkən tanış olmuşdum".

Qeyd edək ki, sənətçi ikinci dəfə ailə qurub, onun bu evlilikdən övladı yoxdur. 

Həmin görüntüləri təqdim edirik: 

Milli.Az