Uzunömürlülüyün sirri bu vitamindədir

22 Noyabr 2021 23:39

Britaniyanın "Daily Express" qəzeti sağlam və uzun ömürü təmin edən üç başlıca element barədə yazı hazırlayıb.

Milli.Az bildirir ki, jurnalistlər yaşam müddətini istehlak edilən şəkərin miqdarı, D vitamini və resveratrol adlı antioksidant ilə bağlayıblar.

Onların qənaətincə, hər zaman gümrah qalmaq istəyənlər qəbul etdikləri şəkərin həcmini minimuma endirməli, xüsusən də payız və qış aylarında əlavə D vitaminilə orqnizmi zənginləşdirməli, həmçinin qırmızı şərab kimi bir sıra qida məhsullarında olan resveratrol maddəsinin qəbuluna böyük önəm verməlidirlər. /medicina.az

Milli.Az