Azərbaycanlı vəkil Sobçakdan 50 milyon istəyir

22 Noyabr 2021 18:48

Əslən Azərbaycandan olan tanınmış həkim Elnarə Troitskaya (Rəhimova) məşhur aparıcı Kseniya Sobçakdan 50 milyon rubl (1 157 602 manat) təzminat istəyir.  

Milli.Az olay-a istinadən xəbər verir ki, o, bir müddət əvvəl Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda məşhur aparıcı tərəfindən təxribat xarakterli suallara məruz qaldığını iddia edib.  

Bildirib ki, aparıcı ona sətraltı olaraq verilən "Bura hansı yollarla gəlmisən"- sualından incidiyini açıqlayıb. 

Vəkil Sobçakdan ictimaiyyət arasında üzrə istəməsini də tələb edib. 

İclas dekabrın 22-də Moskvanın Kuntsevski məhkəməsində keçiriləcək.

Milli.Az