Azərbaycanla FAO arasındakı sazişin uzadılması barədə sənəd təsdiqləndi

22 Noyabr 2021 14:49

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında" Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol"un təsdiq edilməsi barədə qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, saziş 2021-ci il iyulun 14-də Bakı şəhərində imzalanıb.

Milli.Az