Mahir Emrelinin qolu qeydə alınmadı - VİDEO

22 Noyabr 2021 14:51

"Legiya" Polşa çempionatında növbəti matçına çıxıb. 

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Varşava təmsilçisi 15-ci turda "Gornik"lə qarşılaşıb. Mahir Emrelinin komandası 2:3 hesabı ilə uduzub.

Futbolçumuz meydana 46-cı dəqiqədə Tomas Pekhartın əvəzinə daxil olub və sonadək mübarizə aparıb. O, 56-cı dəqiqədə başla qol vursa da, hakim qeydə almayıb.Bu zaman ötürmə edən futbolçunun ofsaydda olduğu bildirilib.

Milli.Az