Rusiyada cinayət əməli törətmiş şəxslərin milliyyətinin KİV-də açıqlanmasının qadağan edilməsi təklif olunur

22 Noyabr 2021 23:05

Rusiyada cinayət işində adı hallanan şəxslərin milliyyətinin və dini mənsubiyyətinin KİV-də və internetdə açıqlanmasının qadağan edilməsi təklif olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çeçenistan parlamenti Dövlət Dumasına bu barədə qanun layihəsi təqdim edib. Layihəyə əsasən, cinayət əməlində şübhəli bilinən şəxslərin milliyyətinin, dini mənsubiyyətinin və Rusiyanın tərkibində olan hər hansı bir xalqa aidiyyətinin açıqlanması qadağan edilməlidir.

Milli.Az