Astma xəstələri üçün keçibuynuzu bitkisindən biskvit

2 Dekabr 2021 08:41

Pamukkale və Muğla Sıtkı Koçman universitetlərindən olan bir qrup akademik apardıqları çalışmalar nəticəsində astma xəstələri üçün keçibuynuzu bitkisindən biskvit istehsal edib.

Pamukkale Universiteti (PAÜ) Fənn Ədəbiyyat Fakültəsi Biologiya bölməsi üzrə tədris üzvü prof. dr. Ali Çelik verdiyi açıqlamada keçibuynuzu meyvəsi və toxumunun tərkibindəki bioaktiv birləşmələr səbəbilə dərman və qida sahəsində böyük istifadə potensialına malik olduğunu bildirib.

PAÜ-dən prof. dr. Vural Küçükatay, dos. dr. Emine Nur Herken, Ahmet Ermiş və Muğla Sıtkı Koçman Universitesindən prof. dr. Mehmet Güven Görk ilə birlikdə "Türkiyədə yetişən keçibuynuzu meyvəsindən bioaktiv maddə əldə edilməsi və ekstraktın tərkibi, funskiyaları və məhsuldarlığının ekoloji şərtlərdən asılı olaraq təyin olunması Layihəsi"ni hazırladıqlarını bildirən Ali Çelik layihə işlərinin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin də dəstəyilə davam etdiyini qeyd edib.

Türkiyədə üç forması olan keçibuynuzu meyvəsinin tərkibində olan bioaktiv maddələrin xüsusilə xərçəng, Alzheimer, diabet, astma başda olmaqla bor çox xəstəliyin müalicəsində əhəmiyyətli təsirləri olduğunu ifadə edən Çelik elmi adı "ceratonia siliqua" olan keçibuynuzunun əhəmiyyətli ekonomik bitkilərdən olduğunu vurğulayıb: "Təəssüf ki, bu dövrə qədər yetərincə dəyərləndirilməyib. Əsasən bölgə əhalisi tərəfindən toplanır və heyvanları yemləmək üçün istifadə olunur. Meyvəsi də, ətli olan hissəsi də, hətta çəyirdəyi də faydalı olan bir bitki növüdür. Çəyirdəyindən 18 fərqli maddə əldə edilir, tərkibində ən önəmli kimyəvi birləşmələr teofilin ve pinitoldur. Teofilin xüsusilə astma xəstələrinin istifadə etdiyi dərmanların əsas tərkib hissəsidir".

"Yaxın zamanda rəflərdə yerini alacaq"

Farmakologiyada şəkər xəstəliyi, astma və tənəffüs yolu infeksiyalarının müalicəsində istifadə edilən dərmanların əsas tərkib hissəsi olan pinitol və teofilinin keçibuynuzunda hansı miqdarda olduğunu təyin etməyi və bu sahədə aparılan işlərə yardımçı olmağı nəzərdə tutduqlarının qeyd edən Çelik bu bitkidən əldə edilən unla astma xəstələri üçün biskvit istehsal etdiklərini deyib: "Xüsusilə bu bölmədəki çalışmaları universitemizin Qida mühəndisliyi bölməsində tədris üzvü olan dos. dr. Emine Nur Herken biskvitin hazırlanması ilə nəticələndirib. Bu məhsul yaxın zamanda eksküziv məhsul olaraq rəflərimizi bəzəyəcək. Bu məhsulun tənəffüs yolu problemi olan insanlara əhəmiyyətli töhfələr verəcəyini düşünürük. Həmçinini aparılacaq testlərlə diabet xəstələri üçün də qida məhsulu ola bilər".

Dərman üçün bir çox mərhələdən, müxtəlif fazalardan keçməsinin labüdlüyün deyən  Emine Nur Herken bunların farmakoloji çalışmalar baxımından yardımçı olacağını vurğulayıb.

Milli.Az