“Quruda boğulma” – tətilə çıxanlar bu haqda bilməlidir!

2 Dekabr 2021 08:21

"Quruda boğulma" adlanan hadisə haqqında demək olar ki hec kim bilmir.

Bu səbəbdən də bir çox insan bu təhlükə qarşısında qalır. Əsasən də tətil üçün dəniz zonasını üstün tutanlar bu risk altındadır.

"Quruda boğulma" hadisəsi suda boğulan və quruya çıxarılan, reanimasiya tədbirləri vasitəsilə yenidən həyata qaytarılan insanın bir neçə saatdan sonra, sudan kənarda olmasına və görülən bütün tədbirlərə baxmayaraq boğulması halıdır. Bu ona görə baş verir ki, insan ilkin boğulan zaman çoxlu su udur və bu da tənəffüs yollarının reflektor iflicinə gətirib çıxarır. Bu zaman ağciyərlərdə az miqdarda su qalır  və bu da ağciyərlərin funksiyasının pozulmasına və ürək fəaliyyətinin dayanmasına səbəb olur.

Nadir hallarda "quruda boğulma" "yaş boğulmadan" 48 saat sonra da baş verə bilər. Bu səbəbdən ekspertlər bunun qarşısının alınması üçün profilaktik tədbirlər kimi tətildə suda düzgün dincəlmə qaydalarına riayət edilməsi olduğunu deyirlər, yəni boğulmamağa çalışmaq... Araşdırmalar göstərir ki, batan insan ağciyərlərinə su dolması səbəbilə dünyasını dəyişə bilər və bu hal hətta çoxdan quruda olmasına və tam sağlam insan təsiri bağışlamasına rəğmən də baş verə bilər.

Məhz bu səbəbdən suda boğulmadan sonra süni nəfəsvermə yolu ilə həyata qaytarılan insanlar növbəti 5-8 saat ərzində, bəzi hallarda hətta reanimasiyadan 48 saat sonraya qədər mütləq həkim nəzarətindən keçməlidir. "Quruda boğulma" qəflətən də baş verə bilər. Ancaq bəzi əlamətlər var ki, bu əlamətlərə diqqət edərək bu haldan vaxtında xəbər tutmaq olar. Nəfəs almaqda çətinlik, həmçinin sinə bölgəsində istənilən ağrı hissi bu əlamətlərdən sayıla bilər. Xoşbəxtlikdən "quruda boğulma"olduqca nadir hadisədir. Ancaq yenə də ehtiyatlı olmaqda fayda var.

Milli.Az