“Arıqla” deyilən qadın daha çox kökəlir

30 Noyabr 2021 23:45

ABŞ-ın aylıq gözəllik və özünəqulluq jurnalı "Allure"in apardığı bir sorğu ətrafından arıqlaması ilə bağlı tövsiyə alan qadınların daha çox kökəldiyini ortaya çıxarıb.

Araşdırma 187 həddindən artıq kilolu qadınla aparılan anketə əsaslanır. Üzbəüz aparılan söhbətlər zamanı qadınlar yaxın ətraflarından "3 kilo arıqlasan, mükəmməl olarsan", "Çəkinə diqqət etmən lazımdır", "Biraz arıqlasan, yaxşı olar" kimi sözlər eşitdikləri zaman bədənlərinə qarşı həssaslıqlarının artdığını, arıqlama mübarizəsinə girdiklərini, ancaq hamısında məğlubiyyətlə üzləşərək daha çox kökəldiklərini qeyd ediblər.

Buna qarşılıq olaraq bədənləri ilə bağlı ətraflarından pozitiv fikirlər eşidən qadınlar daha sağlam kilo verdiklərini deyib. ABŞ-da 20 ildən bu yana aparılan bu araşdırmada arıqlama məqsədli diyetlərin uzun müddət davam etdikdə heç bir işə yaramadığı, hətta əksər hallarda daha çox kilo alınmasına yol açdığı ortaya çıxmışdı.

Milli.Az