AzTV-də işdən çıxarılan polkovnik-leytenanta yeni vəzifə verildi

22 Noyabr 2021 13:03

Bir müddət öncə vəzifədən çıxarılan polis rəisinə yeni vəzifə verilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirin əmri ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Mühafizə Şöbəsinin rəisi vəzifəsindən azad olunan polis polkovnik-leytenantı Cəfərov Xəqani Xıdır oğluna başqa vəzifə verilib.

O, Bakı Neft Emalı Zavodunun mühafizə üzrə Polis Şöbəsinin rəisi təyin olunub.

Milli.Az