"Qələbə" dairəsi istiqamətində avtomobillərin hərəkəti bərpa edilib - FOTO

22 Noyabr 2021 12:38

Noyabrın 20-21-də Bakının Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün sıradan çıxmış köhnə temperatur şovları yenilənib.

Bu barədə Milli.Az-a Azərbacyan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, təmir-tikinti işləri körpünün "Qələbə" dairəsi istiqaməti üzrə hərəkət hissəsində aparılıb.

Sürücülər yol ötürücüsünün sözügedən hissəsi üzrə rahat və təhlükəsiz şəkildə avtonəqliyyat vasitələrini idarə edə bilərlər.

Milli.Az