Qırmızı xalçaya biri qara fata, digəri gəlinliklə çıxdı - FOTOlar

22 Noyabr 2021 17:18

Ötən gün Los-Ancelesdə "American Music Awards" mükafatının təqdimetmə mərasimi keçirilib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, tədbirin aparıcılığı reper Kardi B-yə həvalə olunub. O, gecə üçün seçdiyi "Schiaparelli"dən olan qara paltarını eyni rəngdə fata və qızılı maska ilə tamamlayıb.

Müğənni Cennifer Lopesin geyimi də mərasimdə seçilənlər arasında yer alıb. O, "Dolce & Gabbana"dan olan gəlinliyə bənzər libasını ağ duvaqlı baş geyimi ilə tamamlayıb. Lopez baş rolda çəkildiyi "Marry Me" filminin saundtreki olan "On My Way" mahnısını ifa edib. Sözügedən filmin təqdimatı fevralın 10-da olacaq.

Qırmızı xalçada obyektivlərə tuş gələn qonaqlar arasında "Maneskin", "BTS" qrupları, Bruno Mars, Vinni Harlou, Billi Porter və Oliviya Rodriqo olub.

Tədbirdə il ərzində daha çox uğur əldə etmiş məşhurlar mükafata layiq görülüb.

Milli.Az