“Qarabağ” “Top-100”də “Başakşəhər” və “Nitsa”nı keçib

22 Noyabr 2021 19:42

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, cədvəldə qitənin 435 komandası yer alıb.

Azərbaycan siyahıda üç klubla təmsil olunub. Ən yaxşı klubumuz "Qarabağ"dır.

Qurban Qurbanovun yetirmələri "Top-100"də qərarlaşıb. 203 xala malik "Qarabağ" Avropada 85-cidir. Ağdam klubu 2 pillə irəliləyib. Təmsilçimiz "Başakşəhər" və "Nitsa"nı arxada qoyub.

30 xala malik "Neftçi" 8 pillə irəliləyib və Avropada 246-cıdır. 10 xal geri qalan "Qəbələ" beş addım geriləyib və 288-ci sırada yer alıb.

Qeyd edək ki, siyahıya 2119 xalla "Real" başçılıq edir.

Milli.Az