İki il zorladığı qızı hamilə qoydu - Yeni doğulan körpəni öldürməyə çalışdı - FOTO

23 Noyabr 2021 00:33

ABŞ-ın Şimali Karolina ştatında Eduardo G. Rubio adlı şəxs qaçırdığı qıza 2 il fasilələrlə təcavüz edib. 13 yaşlı qız da ondan hamilə qalıb.

Milli.Az qərb mediasına istinadən xəbər verir ki, körpəni istəməyən Eduardo onu boğmağa, sonra isə əzməyə çalışıb. Polisin keçirdiyi əməliyyatla saxlanılan şəxs həbsxanaya göndərilib. Kiçik qıza da tibbi yardım göstərilib. Qız xəstəxanadakı ifadəsində başına gələn hər şeyi danışıb. Həkimlər müayinə nəticəsində qızın cinsi zorakılığa məruz qaldığını müəyyən ediblər.

Anar Əli
Milli.Az