Bu xəstələrə Favipiravir olmaz - Həkim-infeksionist

22 Noyabr 2021 22:30

"Favipravir hamilələrdə, uşaqlarda və böyrək, qaraciyər çatışmazlıqları olan şəxslərdə istifadə olunmamalıdır".

Milli.Az bildirir ki, bunu həkim-infeksionist Vasif Əliyev "COVID-19: Erkən və gecikmiş fəsadlar" beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, bəzən bunun hamilələrdə istifadəsinə rast gəlirik. Amma bu doğru hal deyil: "Heç bir dərmanın ölüm riskini azaltmadığı görülüb. Ən effektli dərman streoidlər oldu. Bəzi dərmanların 12 yaşdan yuxarı uşaqlarda istifadəsi tövsiyə olunub". /medicina.az

Milli.Az