Bazarda xarici kivi yerli məhsulu sıxışdırır - Fermerlər alıcı qıtlığından gileylənirlər - VİDEO

22 Noyabr 2021 13:42

Azərbaycanın cənub bölgəsində kivi əkən fermerlər əziyyətlərinin bəhrəsini görə bilmirlər. Çünki məhsul bol olsa da, fermerlər alıcı qıtlığından gileylənirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Astara rayon, Siyaku kənd sakini Hikmət Muradov 30 ildir ki, kivi yetişdirməklə məşğuldur.

Satışın az olması isə digər fermerlər kimi onu da narahat edir.

Fermerlərin sözlərinə görə, satışın az olmasına səbəb xaricdən kivi məhsulunun idxal edilməsirdir. Hazırda bazarda xaricdən idxal edilən xırda ölçülü kivinin bir kiloqramı 2 manata təklif edilir. Amma yerli fermerlər məhsullarını heç 1 manat 30 qəpiyə sata bilmirlər.

Siyaku kənd bələdiyyəsinin sədri Ramin Dədəyev isə problemi həll etməyə çalışdıqlarını bildirir.

Qeyd  edək ki, təkcə Siyaku kəndində 50 hektara yaxın sahədə kivi bağları salınıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az