“Taliban“ qadınların çəkildiyi teleşouları qadağan etdi

22 Noyabr 2021 12:42

"Taliban" qadınların çəkildiyi televiziya şoularını qadağan edib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, yeni hökuməti qadınların televiziyaya çıxışını məhdudlaşdırıb.

Bundan sonra TV-də qadın aktyorların iştirakı ilə çəkilişlər olmayacaq. Qadın jurnalistlər və aparıcılar kamera qarşısına keçərkən hicab taxmalı olacaqlar.

Milli.Az