Sərhəd məsələsi İrəvan küçələrini bağladı - VİDEO - FOTO

22 Noyabr 2021 10:34

Ermənistanın paytaxtı İrəvanda kütləvi etiraz aksiyaları başlanıb.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, aksiya iştirakçıları şəhərin mərkəzindəki İsakov, Baqramyan, Arşakunyants, Tiqran Mets prospektlərini bağlayıblar.

Onlar Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı müqavilənin imzalanmasına yol verməməyə çağırırlar.

Ermənilərin dediklərinə görə, konkret olaraq hansı sənədin, hansı şərtlərlə imzalanacağı bəlli deyil.

Polis yolları açmaq üçün aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışır.

Bu gün yerli vaxtla saat 17.00-da İrəvandakı Respublika Meydanında müxalifət partiyalarının və hərəkatlarının birgə mitinqinin keçirilməsi nəzərdə tutulub.

Milli.Az