“Toya çağırmadığım xanım müğənni gəldi” - Sevda - VİDEO

22 Noyabr 2021 14:12

Müğənni Sevda Yahyayeva toyu ilə bağlı maraqlı açıqlamalar verib. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, o, ötən ay baş tutan özəl günü haqda "Fəlidən doğru xəbər" verilişində danışıb. Sevda deyib ki, toyda hər şey istədiklərindən artıq olub:

"Yığılan pul ilə xərclərim bərabər oldu".

Sənətçi "Çağırmadığınız halda toya gələn qonaq oldumu" sualına gəlincə bunları deyib:

"Bəli, oldu. Xanım müğənni idi. Adını açıqlamaq istəmirəm. Onu görəndə güldüm, sevindim".

Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla evlidir.

Milli.Az