İtaliyada ilk dəfə çarşablı qadın cərimə olundu
4 May 2010 16:24
Milli.Az xəbər portalı "France Press" agentliyinə istinadən xəbər verir ki, qadın 500 avro cərimələnib. Bu, İtaliyada ictimai yerlərdə çarşab geyinməyə görə qadağının tətbiq edildiyi yanvardan bu yana ilk cərimələmə faktıdır.
Agentliyin məlumatına görə, qadın İtaliyanın şimalındakı Novara şəhərində əri ilə birlikdə küçə ilə gedirmiş. O, müsəlman qadınların ənənəvi geyimində olub və üzü görünmürmüş. Poçt şöbəsinin qarşısında polis əməkdaşları sənədləri yoxlamaq üçün cütlüyü saxlayıb. Əri bildirib ki, xanımı kişilərin qarşısında üzünü göstərməyəcək. Buna görə də ora qadın polis əməkdaşı çağırılıb. Müsəlman qadın polisin cərimə qərarından məhkəməyə şikayət etmək hüququna malikdir.
İtaliyada ictimai yerdə üzü gizlətmək 1975-ci ildən qadağan edilib. 2010-cu ilin əvvəllərində daxili işlər naziri bu qanunun pozulmasına görə məsuliyyəti müəyyənləşdirən qaydaları təsdiqləyib.
Milli.Az