"Toya görə borcum qaldı" - Sevda Yahyayeva

22 Noyabr 2021 10:12

Müğənni Sevda Yahyayeva "Fəlidən doğru xəbər" proqramında qonaq olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi toyu ilə bağlı sualları cavablandırıb.

Sevda toydan ona qalan pullarla bağlı suala "Heç nə qalmadı. Hər şey başabaş oldu" cavabını verib. Aparıcının "Hələ mənim borcum qaldın" sözlərini Sevda təsdiqləyib. 

Toya çağırdığı qonaqlardan söz açan sənətçi "Çağırmadığım halda gələn müğənni oldu. Xanım idi, adını açıqlamayacam. Amma görüb sevindim" sözlərini söyləyib.

Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailəlidir.

Milli.Az