Eynşteynin əlyazmaları satışa çıxarılır

22 Noyabr 2021 11:18

Böyük fizik Albert Eynşteynin əlyazması çərşənbə axşamı günü hərraca çıxarılacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, hərrac parisdəki məşhur Aqut hərrac evində keçiriləcək.

Təşkilatçıların sözlərinə görə, söhbət fizikin indiyədək məlum olmayan 54 səhifəlik əlyazmalarından gedir. Sənəd sırf təsadüf nəticəsində dövrümüzə gəlib çatıb. Bu həm də böyük fizikin iş sənədlərini qorumağa ciddi əhəmiyyət vermədiyini göstərir.

Milli.Az