Bu, koronadan daha ölümcüldür - Türk həkim

22 Noyabr 2021 09:42

Tanınmış türkiyəli həkim Ümid Savaşçı bildirib ki, koronavirusdan daha yoluxucu və ölümcül olan quş qripi 14 ölkəyə yayılıb.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, xüsusilə quşçuluqla məşğul olanları xəbərdar edən həkim "Ev quşları saxlayanlar heyvan ölümü və ya öskürək, qızdırma, oynaq və əzələ ağrısı kimi əlamətləri müşahidə etsələr, dərhal müvafiq qurumlara məlumat verməlidir", - deyə bildirib.

Sağlamlıq Elmləri Universiteti Gülhanə Təhsil və Araşdırma Xəstəxanasının Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi Ümid Savaşçı dünyada artan quş qripi yoluxmaları ilə bağlı qiymətləndirmələr edib.

"Quş qripi"nin koronavirusdan daha təhlükəli olduğunu qeyd edən Savaşçı, "Təəssüf ki, bu, koronavirusdan daha yoluxucu və daha öldürücüdür. Yoluxanların təxminən yarısı ölə bilər. Yüzdə 51 ölüm nisbəti var. Fərdi vətəndaşlar, fermerlər çox ayıq olmalıdır", - deyə bildirib.

Malayziyada koronavirus peyvəndi ilə bağlı aparılan araşdırmaya da toxunan Savaşçı deyib:

"Malayziya bizimlə birgə peyvəndlərdən istifadə etdi. Malayziyada aparılan araşdırmalar nəticəsində xüsusilə 2-ci dozadan sonra 3-cü doza tətbiq edildikdə qorunma nisbəti yüzdə 95-in üzərindədir. "BioNTech" peyvəndinin üçüncü dozasından sonra qorunma dərəcəsi 74 faizə qalxdı".

Milli.Az