Sudanın devrilmiş baş naziri yenidən hökumətə rəhbərlik edəcək

22 Noyabr 2021 09:36

Oktyabrın 25-də hərbçilər tərəfindən devrilmiş Sudanın baş naziri Abdullah Hamduq yenidən ölkə hökumətinə rəhbərlik edəcək.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, müvafiq razılaşma hərbçilərlə Hamduq arasında əldə olunub.

Sonuncu ev dustaqlığından azad edilərək, yeni hökumətin formalaşdırılması üçün işlərə başlayıb.

Razılaşmada həmçinin, yeni parlamentin və konstitusiya məhkəməsinin formalaşdırılacağı da öz əksini tapıb.

Milli.Az