Konor Makqreqordan Sulşer paylaşımı - FOTO

22 Noyabr 2021 09:12

Tanınmış qarışıq döyüş ustası Konor Makqreqor "Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşerin vəzifədən uzaqlaşdırılmasına münasibət bildirib.

O, özünün "Twitter" səhifəsində norveçli mütəxəssisi qəhrəman və əfsanə adlandırıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, irlandiyalı döyüşçü, həmçinin Sulşerin iki fotosunu da paylaşımına əlavə edib.

Xatırladaq ki, "mankunianlar"ın çalışdırıcısı klub rəhbərliyinin qərarı ilə bu gün istefaya göndərilib.

Milli.Az